Nazir  Eşqin Bayramova yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir Eşqin Bayramova yüksək vəzifə verdi

Sosial

12 Yanvar 2026 09:55 8412


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb. Toyuqlu pizza

Əmrə əsasən, Eşqin Əli oğlu Bayramov Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında “Ölkəşünaslıq - Avropa ölkələri” ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. Doktorantura təhsili dövründə beynəlxalq qrant layihəsinin qalibi olub və Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi çalışıb.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur.

2016-2021-ci illərdə Britaniyanın Şeffild Universitetində “Marketinq, reklam və ictimaiyyətlə əlaqələr” ixtisası üzrə təhsil alıb.   

2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor, müəllim işləyib.

2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.

Aytac Əliyeva

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!