“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" 741,3 min manatlıq tenderə yekun vurub.
“Yeni Sabah” xəbər verir ki, Agentlik 7 ədəd mikroavtobusun alınması üzrə “Yeni Motors” MMC ilə sentyabrın 10-da satınalma müqaviləsi imzalayıb.
Başqa sözlə, 17+1 oturacaqlı, buraxılış ili minimum 2023-cü il, mühərrik həcmi min. 2.2 L, 4 slindirli turbo dizel mühərriki, 6 pilləli mexaniki transmissiyalı bir mikroavtobusun satınalma dəyəri 105,9 min manat təşkil edib. Bu isə tenderdə qeyd edilən texniki detallar nəzərə alınmaqla bazarda təklif edilən mikroavtobus qiymətlərindən 6% yüksəkdir. Yəni ümumi satınalma qiyməti ilə bazar qiyməti ilə arasında fərq 40 min manatdan yüksəkdir. pizza sifarişi
Bundan əlavə, sözügedən “Yeni Motors” MMC Honda Motor Co” LTD şirkətinin Azərbaycandakı yeganə və rəsmi nümayəndəsidir. Maraqlıdır ki, şirkət yalnız “Honda” markasına aid minik avtomobillərinin satışını həyata keçirir. Belə olan halda, "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi"nin satınalmanı necə reallaşdırdığı qeyri-müəyyəndir.
Telegram kanalımız