Döyülən qadın xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Döyülən qadın xəstəxanada öldü

Kriminal

29 Dekabr 2019 05:42 1728


Bakıda həyat yoldaşı tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, hadisə üç gün bundan öncə, 26 dekabr tarixində paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Belə ki, 24 yaşlı Nuranə Əliyevanı döyən həyat yoldaşı onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb. Dominos pizza

Lakin, bir müddət sonra geri dönərək Ə.Nuranəni 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.

Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər.

Palataya köçürülən qadına qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Lakin, həkimlərin səyinə baxmayaraq Ə.Nuranə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!