“Döyüşlərdə 6 hərbi qulluqçumuz itkin düşüb“   - Hərbi prokuror

saytların hazırlanması

Evə çatdırılma

“Döyüşlərdə 6 hərbi qulluqçumuz itkin düşüb“ - Hərbi prokuror

Maraqlı

21 Yanvar 2022 15:23 1062


Döyüş əməliyyatlarında həlak olmuş şəxslərin şəxsiyyətinin müvafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb.

Yenisabah.az xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib.

X.Vəliyev deyib ki, Hərbi Prokurorluğun əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilib: Toyuqlu pizza

“Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılıb. İndiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib. İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!