DSMF-nin gəlir və xərcləri azaldılır

saytların hazırlanması

Evə çatdırılma

DSMF-nin gəlir və xərcləri azaldılır

İqtisadiyyat

05 Avqust 2020 13:26 785


2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri azaldılır.

Yenisabah.az-ın məlumatına görə, bu, Milli Məclisin  bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilməsi təklif edilir. Marqarita pizza

İndiyə qədər DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində təsdiq edilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!