DTX Neftçalada vəzifəli şəxslərin tutulmasının görüntülərini yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

DTX Neftçalada vəzifəli şəxslərin tutulmasının görüntülərini yaydı - Video

Kriminal

21 Fevral 2020 18:01 278


Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir. DTX-dan "Yeni Sabah"a daxil olan məlumata görə, bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti əməliyyatın görüntülərini yayıb:https:https://www.youtube.com/watch?v=Uxytrg_VJEQ&t=1s
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!