DTX-nın həbs etdiyi şəxslə bağlı yeni xəbər: Kələm turşusunun içində... - Foto

saytların hazırlanması

Evə çatdırılma

DTX-nın həbs etdiyi şəxslə bağlı yeni xəbər: Kələm turşusunun içində... - Foto

Kriminal

28 Noyabr 2019 12:19 1456


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən məlumat verilib. Bildirlib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Babayev Vüqar Ədalət oğluna bacısı oğlu Şirvan şəhər sakini Abdullayev Orxan Mehman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kələm turşusunun içərisində gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 3.814 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. Marqarita pizza

Qeyd edək ki, Vüqar Babayevin də üzvü olduğu mütəşəkkil dəstə 2018-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib. Onlar Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731.282,0 ABŞ dolları, 5 milyard 270.227.972,0 Rusiya rublu, 248 min 915 Avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarıblar.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!