DTX-nın saxladığı İlkin Nəsibov kimdir?

saytların hazırlanması

Evə çatdırılma

DTX-nın saxladığı İlkin Nəsibov kimdir?

Kriminal

01 Noyabr 2022 13:11 12522


Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.

“Yeni Sabah” bildirir ki, İlkin Nəsibov 2020-ci ilin avqustunda o zaman Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə bu vəzifəyə təyin olunub. 

Nəsibov İlkin Kamal oğlu 1987-ci ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini 2008-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə "Ata Bank"da və "Kapital Bank"da məsul vəzifələrdə çalışıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!