DTX-nın tutduğu icra başçısının vəziyyəti pisləşdi -   XƏSTƏXANAYA KÖÇÜRÜLDÜ

saytların hazırlanması

Evə çatdırılma

DTX-nın tutduğu icra başçısının vəziyyəti pisləşdi - XƏSTƏXANAYA KÖÇÜRÜLDÜ

Hadisə

14 Noyabr 2025 13:15 30839


Hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhətində problem yaranıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun yaxınları deyib.

Məlumata görə, Pentensiar  Xidmətin Müalicə Müəssisəsində saxlanılan Mahir Quliyevin durumu kəskin pisləşdiyindən onu Bakı Sağlamlıq Mərkəzinə köçürüblər.  Dominos pizza

Hazırda  durumun ağır olduğu deyilən icra başçısıın qarın nayihəsində kəskin şişin yarandığı və huşsuz vəziyyətə düşdüyü deyilir.

Onu da xatırladaq ki, Mahir Quliyev həbsdə olarkən ürək əməliyyatı  da keçirib.

Xatırladaq ki, Biləsuvarın sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

O, 11 azadlıqdan məhrum etmə cəzasına məhrum olunmuşdu. Sonradan yuxarı instansiya  məhkəməsi onun cəzasını qismən azaldıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!