Dubay şeyxindən qaçan şahzadədən xəbər var: Mühafizəçi ilə evlənəcək

saytların hazırlanması

Evə çatdırılma

Dubay şeyxindən qaçan şahzadədən xəbər var: Mühafizəçi ilə evlənəcək

Dünya

24 İyul 2019 12:13 1133


Dubayın mütləq hökmdarı, şeyx Məhəmməd ibn Rəşid əl-Məktumun 6 həyat yoldaşından biri olan Şahzadə Haya ilə gizli şəkildə boşanıb.

"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, cütlük aliment məsələsində də razılaşıb. Haya uşaqlarını Dubaya göndərməyə razı olub.

Şahzadənin Birləşmiş Krallıqdakı şirkətlərdən birində mühafizəçi işləyən Rassel Flovers adlı şəxsə aşiq olduğu və onunla evlənəcəyi iddia edilib. Dördpendirli pizza

Xatırladaq ki, şeyxin arvadı bir neçə ay əvvəl sığınacaq almaq üçün əvvəl Almaniyaya qaçıb, sonra Londona gedib. Şahzadənin 2 uşağı ilə birlikdə orada gizlənməsi məlumatı yayılmış və bu xəbər dünya mediasında geniş müzakirələrə səbəb olmuşdu.

Bundan başqa şeyxin 33 yaşında olan qızı Şahzadə Lətifənin də keçən il qaçmağa çalışdığı, ancaq tutulduğu iddia edilmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!