Dubayda dəbdəbəli toyu olan deputat qohumu   BU VƏZİFƏNİ TUTUR

saytların hazırlanması

Evə çatdırılma

Dubayda dəbdəbəli toyu olan deputat qohumu BU VƏZİFƏNİ TUTUR

Sosial

07 Yanvar 2026 14:02 945


Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlu, bu günlərdə Dubayda dəbdəbəli toyu olan Şahin Nurullayevin hansı vəzifədə işlədiyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, o, Rusiya və Belarusda fəaliyyət göstərən “RİK” MMC-nin baş direktorudur.

Sözügedən şirkət tikinti və infrastruktur layihələri həyata keçirir. Ş.Nurullayev fəaliyyətinə görə bir neçə dəfə mükafat da alıb. Marqarita pizza

Qeyd edək ki, Şahin Nurullayev Günel adlı xanımla ailə həyatı qurub. Toy Dubayın məşhur “Ritz-Carlton” otelində keçirilib. Mərasimi aparıcı Nanə Ağamalıyeva idarə edib. Xalq artisti Aygün Kazımova isə çıxışı ilə qonaqları sevindirib.

Xatırladaq ki, Şahinin atası Hasil Nurullayev tikinti maqnatıdır. 

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!