Duma Mixail Mişustini Rusiyanın baş naziri vəzifəsinə təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Duma Mixail Mişustini Rusiyanın baş naziri vəzifəsinə təsdiqlədi

Dünya

16 Yanvar 2020 13:35 1094


Bu gün Rusiya Dövlət Dumasının plenar iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, plenar iclasda Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin Rusiyanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqda məsələ müzakirəyə çıxarılıb.

Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin plenar iclası açıq elan etdikdən sonra Rusiya Prezidentinin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Qarri Minx çıxış edib. Dördpendirli pizza

O, prezident tərəfindən namizədliyi irəli sürülən M. Mişustinin fəaliyyəti barədə danışıb və Dumanın deputatlarından onun Baş Nazir vəzifəsinə seçilməsi üçün icazə verilməsini xahiş edib.

İclasda M. Mişustin də çıxış edib. O, göstərdiyi yüksək etimada görə Rusiya Prezidentİ Vladimir Putinə təşəkkürünü bildirib. M. Mişustin yeni hökumətin rəhbəri vəzifəsində dövlət başçısı tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi barədə görəcəyi işlərdən danışıb, yeni hökumətin prioritet istiqamətlərini açıqlayıb.

M. Mişustin deputatların suallarını cavablandırıb.

Sonda səsvermə keçirilib. Duma M. Mişustini Baş Nazir vəzifəsinə təsdiqləyib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!