Duman səbəbindən Moskva–Fərqanə reysi Qırğızıstana yönəldildi

saytların hazırlanması

Evə çatdırılma

Duman səbəbindən Moskva–Fərqanə reysi Qırğızıstana yönəldildi

Dünya

08 Yanvar 2026 20:18 511


Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Moskva–Fərqanə reysi zamanı əlverişsiz hava şəraiti səbəbindən təyinat məntəqəsinə enə bilməyib və Qırğızıstanda ehtiyat aerodroma yönləndirilib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, səbəb Fərqanə hava limanında sıx duman və sıfır görünüş olub.

Moskvanın "Vnukovo" hava limanından səmaya qalxan DP729 reysinin ekipajı əvvəlcə təyyarəni Özbəkistanın Namangan şəhərinə endirməyi nəzərdən keçirib, lakin oxşar hava şəraiti səbəbindən bu qərarın da icrası mümkün olmayıb. Marqarita pizza

Nəticədə təyyarə Qırğızıstanın Oş şəhərinin beynəlxalq hava limanına yönləndirilib və uğurla eniş edib.

Məlumata görə, 8 yanvar səhəri bir neçə reys də əlverişsiz hava şəraiti səbəbindən marşrutlarını dəyişərək Özbəkistan şəhərlərinə deyil, ehtiyat aerodromlara enməyə məcbur olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!