Dumanın 10 deputatı karantinə alındı

saytların hazırlanması

Evə çatdırılma

Dumanın 10 deputatı karantinə alındı

Dünya

17 Mart 2020 15:24 638


Rusiya Dövlət Dumasının 10 deputatı koronavirusla əlaqədar karantinə alınıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Dumanın aşağı palatasının spikeri Vyaçeslav Volodin bildirib. Spikerin sözlərinə görə, deputatların karantinə alınması onların bu yaxınlarda Fransadan gəlmiş Liberal Demokrat Partiyasının nümayəndəsi Sergey Katasanovla təmasda olmalarıdır.

“Deputatların bir hissəsi göstərişə əməl etməyən həmkarımızın təqsiri üzündən karantindədir. Liberal Demokrat və Vahid Rusiya partiyalarının onunla təmasda olan bəzi deputatların karantinə alınması zərurəti yaranıb”, - deyə Vyaçeslav Volodin bildirib. pizza mizza

Bundan əvvəl spiker Sergey Katasanovun Dumaya buraxılmaması barədə təlimat vermişdi. 

Katasanovun Fransadan qayıtdıqdan sonra koronavirusla bağlı profilaktik karantindən keçməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!