Azərbaycan ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.
Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə 200-700 metrədək məhdudlaşır. Pepperoni pizza
Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.
Telegram kanalımız