"Qarabağ"dan azarkeşlərinə böyük jest - Növbəti avrokubok matçına bilet hədiyyəsi
Azərbaycan çempionu "Qarabağ" azarkeşləri üçün maraqlı jest edib.
"Yeni Sabah" xəbər verir ki, dünən Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Düdelanj"la (1:1) qarşılaşan təmsilçimiz oyuna bilet alan azarkeşlər üçün növbəti avrokubok matçının biletini pulsuz təqdim edəcək. pizza sifarişi
"Nəticə gözləmədən, saat fikirləşmədən "Qarabağ"ımızın yanında oldunuz və növbəti avrokubok oyunumuza bilet bizdən hədiyyə!”, - deyə klubdan bildirilib.
Belə ki, oyunu izləyən azarkeşlərimiz bugündən etibarən öz bilet və şəxsiyyət vəsiqəsi ilə “İ-ticket” satış məntəqələrinə yaxınlaşaraq “Qarabağ”ın növbəti avrokubok oyununa dünənki yerə pulsuz şəkildə bilet əldə edə bilər. Yalnız ödənişli biletlər nəzərə alınacaq.
Xatırladaq ki, "Qarabağ" növbəti mərhələ şanslarını itirdiyinə görə və saat amilinə görə bir çox azarkeş oyuna gəlməmişdi.
Naibə
Telegram kanalımız