Dünya bizi quru bəyanatlarla müdafiə edir - Arayik Arutyunyan

saytların hazırlanması

Evə çatdırılma

Dünya bizi quru bəyanatlarla müdafiə edir - Arayik Arutyunyan

Rəsmi

28 Mart 2023 13:23 1034


Separatçıların lideri Arayik Arutyunyanın sədrliyi ilə ötən gün qondarma qurumun "təhlükəsizlik şurası"nın növbədənkənar iclası keçirilib.  

Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, Arayik Arutyunyan "iclasın keçirilməsində məqsədin mövcud hərbi-siyasi vəziyyətdə problemləri birgə müzakirə etmək və lazımi qərarlar qəbul etmək" olduğunu bildirib.

Azərbaycanın guya 2020-ci ildən bəri Üçtərəfli Bəyanatın müddəalarını mütəmadi olaraq pozduğunu və "2022-ci il dekabrın 12-dən Qarabağın blokadada olduğunu" deyən Arayik Arutyunyan çoxsaylı bəyanat və müraciətlərinə baxmayaraq, beynəlxalq aktorların deklarativ xarakterli bəyanat və hərəkətlərlə kifayətləndiklərini və "qəbul edilmiş mühüm qərarların icrasında qeyri-sabit" olduqlarını bildirib. pizza mizza

“Buna görə də bizim vəzifəmiz vəziyyətin bütün mürəkkəbliyini və məsuliyyətini ayıq şəkildə qiymətləndirmək, mümkün təhlükələrin qarşısını almaq üçün mövcud resursı və mexanizmləri qiymətləndirmək və lazımi tədbirlər görməkdir. Əminəm ki, bizim ağlabatan addımlarımız "Artsax Respublikası"nın həyati maraqlarını müdafiə etməyə, bu çətin dövrün öhdəsindən gəlməyə kömək edəcək”, - deyə Arayik Arutyunyan vurğulayıb.

O da qeyd olunur ki, iclasda "müdafiə naziri" Kamo Vardanyan əməliyyat vəziyyəti ilə bağlı məruzə edib. Arayik Arutyunyan separatçılara yeni tapşırıqlar verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!