Dünya çempionatı: Zelim Tçkayev yarımfinalda məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatı: Zelim Tçkayev yarımfinalda məğlub oldu

İdman

16 İyun 2025 18:05 427


Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının yarımfinalında məğlub olub.

Yenisabah.az xəbər verir ki, 1/16 finalda çinli Tsyanqnan Vanı məğlub edən Tçkayev 1/8 finalda braziliyalı Luan Almeydadan üstün olub.

Azərbaycan cüdoçusu 1/4 finalda yaponiyalı Yoonvan Lini məğlub etsə də, yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzub. Beləliklə Tçkayev bürünc medal uğrunda mübarizə aparacaq. pizza mizza

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!