Dünya çempionatında   yenilik

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatında yenilik

İdman

05 Mart 2025 17:47 421


FİFA 2026-cı il dünya çempionatının final matçının fasiləsində xüsusi şou poqram təşkil edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino danışıb.

O deyib: "Artıq deyə bilərəm ki, Nyu-Cersidə keçiriləcək DÇ-2026-nın finalında ilk dəfə fasilə zamanı şou proqram təşkil ediləcək. Bu, dünya çempionatı üçün xüsusi bir an və dünyanın ən böyük idman tədbirinə yaraşan şou olacaq". Dominos pizza

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda yarışacaq. Mundiala ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!