Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatı start götürüb.
"Yeni Sabah" xəbər verir ki, "Report"un məlumatına görə, çəkic atma növündə çıxış edən Anna Skidan təsnifat mərhələsində 73,32 m nəticə göstərib. 27 yaşlı atlet bu nəticəyə əsasən finala vəsiqə qazanıb.
Aleksis Kopello da təsnifat mərhələsində 16,95 metr nəticə göstərərək 6-cı olub. Kubalı legioner adını həlledici mərhələyə yazdırıb. pizza hut
Əvəzində qapalı manejdə Avropa çempionu Nazim Babayev 16,65 metr nəticə ilə 19-cu olub və 12 finalçı arasına düşə bilməyib.
Telegram kanalımız