Dünya koronavirusla necə mübarizə aparır? – Ölkələr

saytların hazırlanması

Evə çatdırılma

Dünya koronavirusla necə mübarizə aparır? – Ölkələr

Dünya

18 Mart 2020 09:00 588


Hazırda koronavirus (COVİD-19) pandemiyası yayıldığı ölkələrdə həyatın bütün sahələrinə təsir göstərir. Virusun yayıldığı və yayılma təhlükəsi olan ölkələr onunla mübarizə aparmaq üçün bir sıra qabaqlayıcı tədbirlər həyata keçirir. 

Yenisabah.az bəzi ölkələrdə pandemiyaya qarşı görülən təhlükəsizlik tədbirlərini təqdim edir:

Azərbaycanda ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınıb, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilib. Kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılıb. Bütün toy məclislərinin keçirilməsi qadağan edilib. Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib. Restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilib. Saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb. Tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilib. pizza sifarişi

Virusun ilk olaraq yayıldığı Çin yanvar ayından etibarən bir çox tədbirlər həyata keçirib. Bütün idman yarışlarını, təhsil müəssisələrinin fəaliyətini dayandıran ölkə artıq koronavirusu üstələməyə başlayıb. Bu səbəbdən növbəti aydan iş yerlərinin yenidən açılacağı, idman yarışlarının bərpa ediləcəyi və bir sıra digər qadağaların aradan götürüləcəyi gözlənilir. 

Türkiyədə martın 16-dan etibarən bütün ibtidai və orta məktəblər, eləcə də litseylər tətilə buraxılıb. Hələlik tətilin bir həftə olması nəzərdə tutulub. Futbol oyunların azarkeşsiz keçirilməsinə qərar verilib. Əyləncə məkanları bağlanıb. 60 yaşdan yuxarı hakim və prokurorlara işləməmək tapşırığı verilib. Notariuslar qapalı elan edilib.

İran koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən biridir. Orada bütün növ idman tədbirləri təxirə salınıb. Prezident Həsən Ruhaninin yaratdığı xüsusi komissiya əhalinin aztəminatlı təbəqəsinə yardım göstərmək üçün sənəd hazırlayıb və Prezidentə təqdim edib. Bununla da, Prezidentin sərəncamına əsasən İranda 3 milyon ailə dövlətdən maddi yardım alması nəzərdə tutulub. Ölkədə 85 minə yaxın dustaq müvəqqəti olaraq evə buraxılıb. Satış yerləri, küçələr boşaldılıb. Mağazalarda növbə sistemi qurulub. Ölkədə spirt istehsalının məhdudiyyəti ləğv edilib. Cümə namazları dayandırılıb.

İtaliya Çindən sonra koronavirusdan ölənlərin sayına görə ikinci ölkədir. Orada fövqaladə vəziyyət elan edilib. İlk olaraq 11 kəndə giriş qadağası qoyulsa da, virusun yayılma səbəbi ilə tədbirlər bütün ölkəyə aid edilməyə başlayıb. İnsanlara əsaslı səbəb olmazsa, bayıra çıxmamaq göstərişi verilib. Əks halda, həmin şəxslərə cəza tətbiq edilir. Əgər, şəxslər iş, qida və suya görə evindən çıxırsa, o zaman bununla bağlı polisə açıqlamanı yazılı halda təqdim etməlidir. Muzeylər bağlanıb, ölkədə bütün növ idman yarışları təxirə salınıb. Eyni zamanda iş yerləri də bu bağlanıb. Marketlərdə və mağazalarda növbə sistemi qurulub. Karantin tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək polis və ehtiyac yarandığı hallarda ordu strukturlarına tapşırılıb. Uçuşlar dayandırılıb.

Hindistan hökuməti COVID-19-u ölkə səviyyəsində fəlakət elan edib. Virus səbəbindən ölənlərin ailələrinə təxminən 5200 ABŞ dolları kompensasiya verilməsi nəzərdə tutulub. Yarışlar dayandırılıb. Bəzi ştatlarda məktəblərdə dərslər martın 31-dək təxirə salınıb. 

Estoniyada marketlər və mağazalar növbəli sistemə keçib. Bütün növ idman yarışları dayandırılıb. Vacib olmadığı müddətcə çölə çıxmamaq haqqında tapşırıq verilib. Əyləncə mərkəzlərinin fəaliyyətinə qadağa qoyulub. Təhsil sistemi təxirə salınıb.

İsveçrədə federal hökumət hələ ki, rəsmi qərar verməsə də, ölkədəki vəziyyət fövqəladə vəziyyət təsirini bağışlayır. Belə ki, bütün məktəblər bağlanıb, tədbirlər qadağandır, bir çox ölkələrlə səyahət imkanı ləğv olunub, bir sıra kantonlarda ictimai iaşə obyektləri də fəaliyyətini dayandırıb. Lakin İtaliya mətbuatında gedən məlumata əsasən, ölkədə mövcud vəziyyətə ciddi yanaşılmır. Avropada virusun ən çox təsir etdiyi ölkələrdən olan İtaliya ilə sərhədlərə nəzarət edilsə də, hələ ki bağlanmayıb.

Cənubi Koreyada da virus geniş yayılıb. Fevral ayından etibarən təhsil ocaqları bağlanıb, məhkəmələrin fəaliyyəti dayandırılıb. Əyləncə mərkəzləri bağlanıb. İnsanlara səyahət etməmələri haqqında tapşırıq verilib. Ölkədən çıxmaq istəyənlər 3 mərhələli testdən keçməlidirlər. Ümumi olaraq dövlət tədbirlərin həyata keçirilməsinə 25 milyard dollar pul ayırıb. 

Fransada ictimai nəqliyyatın bir hissəsinin işi dayandırılıb. Məktəb və əyləncə mərkəzləri bağlanıb. Muzeylərə girişə icazə verilmir. Eyfel qülləsinə giriş üçün nəğd pul ödənilməsi dayandırılıb. Məscidlər bağlanıb. Ölkədəki bütün növ idman yarışları ləğv edilib.

Eyni zamanda İngiltərə, İspaniya, Belçika, ABŞ kimi digər ölkələrdə də koronavirusla mübarizə üçün oxşar qabaqlayıcı tədbirlər görülüb. 

Bundan əlavə Avstriyada və Fransada insanlara evdə qalmaq tapşırığı verilib. Çölə çıxanların cərimələnəcəyi haqqında qərar qəbul edilib.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!