Dünya və Avropa çempionu AzTU-da tələbə-rektor seçildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dünya və Avropa çempionu AzTU-da tələbə-rektor seçildi - Foto

İdman

20 Dekabr 2019 15:27 1346


Noyabrın 27-dən universitetin ayrı-ayrı fakültələrində start götürən seçkidə tələbələr açıq səsvermə yolu ilə, bərabər və demokratik əsaslarla  öz seçimlərini ediblər.

"Yeni Sabah" xəbər verir ki, AzTU-nun  7 fakültəsindən seçilən hər bir namizəd universitetin əməkdaşlarından ibarət Seçki komissiyasının üzvləri qarşısında platformalarını təqdim ediblər.

Çıxışlardan sonra tələbə-rektor namizədlər arasında gizli səsvermə keçirilib. Qaydalara əsasən hər bir namizəd şəxsən özünə və özü ilə yanaşı digər 1 nəfər namizədə səs verə bilər. Dördpendirli pizza

Səsvermənin nəticəsinə görə,  AzTU-nun ilk tələbə-rektor seçkisinin qalibi “İnformasiya və kommunikasiya texnologiyaları” fakültəsinin II kurs tələbəsi Əli Abdullazadə olub.

Seçkidən sonra AzTU-nun rektoru Vilayət Vəliyev tələbə-rektor Əli Abdullazadəni qəbul edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Bir il müddətinə seçilən tələbə-rektor, ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edəcək. Əli Abdullazadə 2001-ci il iyunun 15-də Bakıda anadan olub. Yasamal rayonu 52 nömrəli məktəbin məzunudur.

Qeyd edək ki, Əli Abdullazadə Karatenin Kempo növü üzrə Avropa və dünya çempionudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!