Dünyaca məşhur futbolçu hokkey klubunda - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dünyaca məşhur futbolçu hokkey klubunda - Foto

İdman

10 Oktyabr 2019 11:41 1044


İngiltərənin “Çelsi” klubunun və Çexiya milli komandasının sabiq futbolçusu Petr Çex maraqlı addımı ilə gündəmə gəlib. 

“Yeni Sabah” xəbər verir ki, 37 yaşlı keçmiş qapıçı buzüstü hokkeyə başlayır.

Bildirilir ki, İngiltərənin “Qilford Feniks” klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı da məlumat yayıb. Çex bazar günü hokkeydə debüt oyununa çıxacaq. Marqarita pizza

Qeyd edək ki, Petr Çex 2004-2015-ci illərdə “Çelsi”nin şərəfini qoruyub. O, karyerasını bitirdikdən sonra “zadəganlar”da texniki müşavir vəzifəsini yerinə yetirirdi. Çex, 124 dəfə də Çexiya milli komandasının formasını geyinib.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!