Dünyada koronavirus qurbanlarının sayı 8 mini keçdi

saytların hazırlanması

Evə çatdırılma

Dünyada koronavirus qurbanlarının sayı 8 mini keçdi

Dünya

18 Mart 2020 23:55 463


Dünyada koronavirusa yoluxanların sayı 200 min nəfəri ötüb, xəstəlikdən 8 mindən çox insan ölüb.

"Yeni Sabah" “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə mətbuat konfransında bildirib.

"Ümumdünya Səhiyyə Təşkilatına 200 mindən çox hal (yoluxma) və 8000-dən çox ölüm haqqında bildirdilər. 80%-dən çox hal iki – Avropa və Asiya-Sakit okean regionunun payına düşür", - o deyib. pizza

ÜST-ün baş direktoru vurğulayıb ki, yeni xəstəliyin yayılmasının qarşısını alınması üçün dövlətlər COVİD-19 yoluxmuş hər şübhəlini təcrid etməli, yoxlamalı, müalicə etməli, həmçinin xəstələrin hər bir əlaqəsini izləməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!