Dünyanın ən dəlisov futbol azakeşləri bu klublardadır

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən dəlisov futbol azakeşləri bu klublardadır

İdman

26 Fevral 2025 16:37 360


Dünyada bir çox futbol klubu fanatları ilə məşhurdur, lakin bəzi klub azarkeş qrupları radikal baxışları və sərt davranışları ilə digərlərindən seçilir. Bu azarkeş qrupları həm dəfələrlə şiddət və qalmaqallarla gündəmə gəlib, həm də komandalarına dərin bağlılıqları ilə tanınıblar.

Yenisabah.az ən radikal azarkeşlərə malik olan klubları təqdim edir:

Lazio – “Irriducibili” (İtaliya) Dördpendirli pizza

Lazio-nun “Irriducibili” ultras qruplaşması sağçı radikal ideologiyaları və irqçi şüarları ilə tanınırdı. Onlar həm Roma derbisində (AS Roma-Lazio) olduqca aqressiv davranışları ilə, həm də müxtəlif siyasi mesajları ilə gündəmə gəliblər.

Srvena Zvezda – “Delije” (Serbiya)

Serbiyanın "Srvena Zvezda" (Red Star Belgrade) klubunun fanat qrupuna “Delije” deyilir. Onlar həm stadiondakı atmosferi, həm də milliyyətçi və aqressiv davranışları ilə tanınırlar. Yuqoslaviya müharibəsi zamanı bu qrupun bəzi üzvləri hərbi birliklərə qoşulmuşdu.

Partizan – “Grobari” (Serbiya)

“Red Star Belgrade”in əzəli rəqibi “Partizan” klubunun “Grobari” adlı fanat qruplaşması da eyni dərəcədə radikaldır. Onlar dəfələrlə polis və rəqib azarkeşlərlə şiddətli toqquşmalara səbəb olublar.

Qalatasaray – “UltrAslan” (Türkiyə)

Türkiyənin ən məşhur fanat qruplarından biri olan “UltrAslan” “Qalatasaray” klubuna dəstək verir. Onlar əsasən “Fənərbaxça” və “Beşiktaş” azarkeşləri ilə düşmənçilik münasibətləri ilə tanınırlar və derbilərdə tez-tez şiddətli hadisələr yaşanır.

Fənərbaxça – “GFB” (Türkiyə)

“Fənərbaxça”nın “Genç Fenerbahçeliler” (GFB) qruplaşması rəqib azarkeşlər və hətta öz klub rəhbərliyi ilə münaqişələrə girməsi ilə tanınır. İstanbul derbilərində “UltrAslan” və “Çarşı” ilə şiddətli qarşıdurmaları olur.

Beşiktaş – “Çarşı” (Türkiyə)

“Çarşı” “Beşiktaş”ın ən məşhur fanat qruplarından biridir. Onlar təkcə futbolla deyil, həm də siyasi və sosial məsələlərlə fəal iştirak edirlər. Hökumət əleyhinə etirazlardan tutmuş, müxtəlif ictimai aksiyalara qədər bir çox hadisələrdə iştirak ediblər.

 Zenit – “Landscrona” (Rusiya)

Sankt-Peterburq klubunun fanat qruplaşması “Landscrona” milliyyətçi və aqressiv davranışları ilə tanınır. Onlar açıq şəkildə bəzi futbolçuların transferinə etiraz edərək irqçi şüarlar səsləndiriblər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!