Dünyanın ən hündür binasında Azərbaycan jesti - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən hündür binasında Azərbaycan jesti - Foto

Sosial

29 May 2019 07:45 1229


Dünyanın ən hündür qülləsi məşhur Bürc Xəlifə Azərbaycan dövlət bayrağının rənginə boyanıb.

"Yeni Sabah" xəbər verir ki, Dubayda Birləşmiş Ərəb Əmirliklərinin rəmzi hesab olunan bina 28 May - Respublika Günü münasibətilə bayrağı əks etdirib. 

Bürc Xəlifənun üzərində ölkəmizin bayrağının əks olunması Azərbaycanın Dubaydakı Baş konsulluğunun təşəbbüsü ilə reallaşıb. Marqarita pizza

Xatırladaq ki, bənzər addım İstanbulda da atılıb. İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulun tarixində ilk dəfə olaraq hər üç körpü Azərbaycan bayrağının rənglərinə bürünüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!