Dünyanın ən zəngin qadınının adı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən zəngin qadınının adı açıqlandı

İqtisadiyyat

04 Sentyabr 2020 01:52 1021


"Amazon” şirkətinin təsisçisi Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dünyanın ən zəngin qadını olub.

Yenisabah.az bildirir ki, Trend bu barədə "Bloomberg” agentliyinin reytinqinə istinadən məlumat verir.

Belə ki, M.Skottun sərvəti 68 milyard dollara çatıb. O, C.Bezosla boşandıqdan sonra "Amazon”un səhmlərinin 4 faizini əldə etmişdi. Dominos pizza

S.Makkenzi siyahıda "L'Oreal” kosmetika şirkətinin sahibi, 66,8 milyard dollar sərvəti olan Fransuaza Bettankur-Mayersi qabaqlayıb.

Reytinqdə ilk üçlüyü "Walmart” ticarət şəbəkəsinin təsisçisinin qızı Elis Uolton tamamlayır. Onun sərvəti 63,6 milyard dollar təşkil edib.

Qeyd edək ki, C.Bezosun özünün sərvəti isə 207 milyarda çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!