Düşmən atəşi nəticəsində Naftalan və Goranboya dəyən ziyan hesablanır

saytların hazırlanması

Evə çatdırılma

Düşmən atəşi nəticəsində Naftalan və Goranboya dəyən ziyan hesablanır

Rəsmi

14 Noyabr 2020 21:43 717


Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Goranboy və Naftalanda mülki əhaliyə dəymiş ziyanın hesablanmasına başlanılıb.

Yenisabah.az xəbər verir ki,bu barədə “Report”un Qərb Mərkəzinə Naftalan və Goranboy üzrə İşçi Qrupun rəhbəri Elxan Əsədov məlumat verib.

Onun sözlərinə görə, Naftalan şəhərində 3 fərdi evə, 1 mülki obyektə zərər dəydiyi müəyyən olunub. Goranboy rayonunda isə ilkin olaraq 300-ə yaxın fərdi yaşayış evinə, obyektə, həmçinin məktəb və inzibati binalara zərər vurulub. Sezar pizza

“Hazırda monitorinq aparılır, hesablanma işləri davam etdirilir. Ən çox zərər görən kənd isə Tap Qaraqoyunludur”, - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!