Düşmənin öyündüyü raket kompleksi məhv edilib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Düşmənin öyündüyü raket kompleksi məhv edilib - Fotolar

Hadisə

13 Oktyabr 2020 12:20 8015


Ermənistan ötən ilin dekabrında Rusiyadan sifariş verdiyi “Tor-M2KM” zenit-raket kompleksi bu gün Azərbaycan ordusu tərəfindən məhv edilib.

Yenisabah.az xəbər verir ki, ötən ilin dekabrında Ermənistanın “Tor-M2KM” zenit-raket kompleksini alması ilə bağlı məlumatı Nikol Paşinyan özü sosial media hesablarından bildirmişdi. Paşinyan hərbi avadanlığın önündə selfi çəkidirərək paylaşmışdı. Paşinyan Ermənistanın “Tor-M2KM” ZRK-nin Hindistandan sonra ikinci istifadəçisi olduğunu da bildirmişdi.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, Ordumuz tərəfindən həyata keçirilən cavab atəşi nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bunlardan biri də “Tor-M2KM” raket kompleksidir. Marqarita pizza

Bundan əlavə dünən humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!