Düşmənlə əlbəyaxa döyüşdə şəhid oldu 

saytların hazırlanması

Evə çatdırılma

Düşmənlə əlbəyaxa döyüşdə şəhid oldu 

Rəsmi

16 Dekabr 2020 17:35 1358


20 yaşlı Xüsusi Təyinatlı hərbçi Rəhimov Yalçın Elçin oğlu  44 günlük Vətən müharibəsində Qarabağın azadlığı, ərazi bütövlüyümüz uğrunda göstərdiyi igidliyi ilə öz adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırdı. 

“Yeni Sabah” xəbər verir ki, Rəhimov Yalçının keçdiyi həyat yolu qısa, lakin şərəfli, gələcək nəsillərimizə örnək olacaq,  vətənin tarixinə şanlı səhifələr yazmış nadir və yalnız seçilmiş insanların gedə biləcəyi bir yoldur. 

Rəhimov Yalçın 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində sadə, zəhmətsevər bir ailədə dünyaya göz açıb. Ailənin üçüncü övladı – sonbeşiyi  idi. Evdə bir bacı, iki  qardaş idilər. Atası Elçin kişinin, anası Dilarə  xanımın nümunəvi tərbiyəsi ilə böyümüşdü.  pizza mizza

Hələ uşaqlıqdan kikboksinq, güləş və üzgüçülük ilə məşğul olurdu. Kikboksinq üzrə yarışlara qatılıb, “Fəxri Fərman”, “Diplom” və medallara layiq görülmüşdür. Yeniyetməlik dövrünə qədəm qoyanda ən böyük arzusu peşəkar hərbçi olmaq idi. 

2018-ci ilin oktyabr ayında Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yollanır. Həqiqi hərbi xidmət keçərək dövlətinə vətəndaşlıq borcunu şərəflə yerinə yetirdikdən sonra ürəyində sonsuz Vətən eşqi olan  Yalçın xidmətini Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) davam etdirir. 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət nümayiş etdirmək lazımdır. 

Yalçın xidməti dövründə bir çox kurslarda və təlimlərdə iştirak edib, dəfələrlə “Fəxri Fərmanlara”, sertifaktlara layiq görülüb. Bütün yarışlarda, əməliyyatlarda hər zaman birinci idi. O, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə seçilən bir hərbçi olub. 

Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə atılan qəhrəmanımız  müharibənin ən qızğın döyüşlərində iştirak edib, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib. 

Qarabağ müharibəsinin ən həlledici nöqtələrindən olan Şuşanın işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşdə Yalçın özü yaralansa da, yaralı cəbhə yoldaşlarını döyüş meydanından çıxarıb, ölumün gözünə dik baxaraq  yenidən döyüş meydanına geri dönərkən mühasirəyə düşüb.  Düşmənə təkbaşına meydan oxuyan igid döyüşçü əlbəyaxa döyüşlərdə namərd düşmənin çox sayda canlı qüvvəsini məhv etmişdi. Erməni quldurlarına qarşı üz-üzə, təkbətək  vuruşarkən boyun nahiyəsindən aldığı bıçaq xəsarətindən qələbəyə bir gün qalmış, noyabrın 7-də döyüş meydanında şəhidlik zirvəsinə ucalıb. 

Rəhimov Yalçın 13 noyabr 2020-ci il tarixində Ağsu rayonunun Çaparlı kənd qəbiristanlığında dəfn edilib. 

Qardaşı Rasim Rəhimov da könüllü olaraq  Vətən müharibəsinə gedib, düşmənə qarşı qəhramancasına döyüşüb.

Allah şəhidlərimizə rəhmət eləsin! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!