Dustaqların təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Dustaqların təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO

Kriminal

28 Mart 2020 12:57 754


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 1,250 qram psixotrop maddə “metamfetamin” və 0,047 qram narkotik vasitə “heroin” aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Talıbov Elnur Qaçay oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülüb. Marqarita pizza

Hər iki faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!