DYP dumanlı hava ilə bağlı xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

DYP dumanlı hava ilə bağlı xəbərdarlıq etdi

Sosial

16 Fevral 2025 20:10 206


Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən fevralın 17-də respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsinin 500 metrədək məhdudlaşacağı ehtimalı var.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Qeyd olunub ki, dumanlı hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərini görməyə çağırır: Sezar pizza

"Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!