Əbülfəs Qarayevdən qeyri-adi açıqlama: “Faciəmiz ondadır ki...”

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəs Qarayevdən qeyri-adi açıqlama: “Faciəmiz ondadır ki...”

Sosial

26 May 2019 15:29 1038


“Azərbaycan xalqının faciəsi ondan ibarət idi ki, onun daim böyük, yaradıcı, çox böyük fəlsəfə daşıyan insanlarının sayı çox idi. Totalitarizm rejiminin sıx çərçivəsi içində onların yaşaması həm bu rejimin ideologiyasına, həm də onların mənəviyyatına uyğun gəlmirdi və sığışmırdı”.

Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirindəki çıxışında deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən repressiyaya məruz qalmış insanların sırasında böyük şəxsiyyətlər, böyük ziyalılar üstünlük təşkil edib. Toyuqlu pizza

“Bu muzey canlı muzey olmalıdır, bu yalnız nümayiş olunan şəkillərdən ibarət olmamalıdır. Bu muzey daim yaddaşımızda yaşamalıdır. Buraya təhsil ocaqlarının nümayəndələri gəlməlidirlər, gənclərimiz gəlməlidir.

Bu muzeyin verəcəyi ən əsas nəticə ondan ibarət olmalıdır ki, heç vaxt Azərbaycan xalqı kiməsə imkan verməsin ki, hər hansı bir ideologiyaya görə belə qurbanlara məruz qalsın”, – deyə nazir vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!