Əbülfəz Elçibəyin nəvələrinin  FOTOSU

saytların hazırlanması

Evə çatdırılma

Əbülfəz Elçibəyin nəvələrinin  FOTOSU

Sosial

31 Dekabr 2025 14:13 1530


Azərbaycanın eks–prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev əkiz övladları Ərqutay və Aynazla fotolarını paylaşıb.

“Yeni Sabah” bildirir ki, əkizlərin fotoları maraqla qarşılanıb.

Ə.Əliyev Azərbaycan tarixində xüsusi yeri olan sərhəd hadisələrinin növbəti ildönümü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Birinci Fəxri xiyabanda atası Əbülfəz Elçibəyin məzarını ziyarət edib. O, əkizlərini də özü ilə birlikdə aparıb.  Marqarita pizza

Ərturqut Əliyev atasının məzarı yanında əkizləri Ərqutay və Aynazla birlikdə foto çəkdirib və sosial şəbəkə hesabında paylaşıb. 

Onun paylaşdığı digər fotoda isə əkizlər Yeni ilə özəl çəkiliş paltarındadırlar. 

Qeyd edək ki, Elçibəyin əkiz nəvələri bu ilin mart ayında dünyaya gəlib. Onlardan biri qız, digəri isə oğlandır.

Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!