Əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni   RÜSUMLAR

saytların hazırlanması

Evə çatdırılma

Əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni RÜSUMLAR

Siyasət

28 Dekabr 2022 19:17 828


Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq: Toyuqlu pizza

1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək - 1600 manat;

2 ilədək - 1800 manat;

2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək - 1400 manat;

2 ilədək - 1600 manat;

3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək - 1200 manat;

2 ilədək - 1400 manat məbləğində dövlət rüsumu alınacaq.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!