Ədalət Partiyasının faktiki sədri kimdir? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ədalət Partiyasının faktiki sədri kimdir? - AÇIQLAMA

Siyasət

22 Noyabr 2025 14:45 602


“Hazırda Ədalət Partiyasının sədri mənəm”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Mütəllim Rəhimli deyib. O bildirib ki, hazırda Ədalət Partiyasının legitim rəhbəri özüdür:

“Biz Ədliyyə Nazirliyindən bununla bağlı çıxarış almışıq. Vaxtilə mənim sədr olmağıma etiraz edən və uzaqlaşdırılmağımı istəyən 5 nəfər partiyadan gedib”. pizza mizza

Xatırladaq ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib. Partiyanın 17 may tarixində keçirilmiş IX qurultayında Mütəllim Rəhimli partiyanın yeni sədri seçilib. Lakin həmin vaxtdan 1 ay öncə mətbuatda M.Rəhimli Ədalət Partiyasından kənarlaşdırılması ilə bağlı xəbərlər yer alıb. Həmin dönəm sədr müavini olan Rəhimlinin partiya daxilində subardinasiyaya əməl etmədiyini, partiya daxilində regionçuluq təbliğatı apardığı iddia edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!