Ədalət Şükürov bu yolla arıqlayıb

saytların hazırlanması

Evə çatdırılma

Ədalət Şükürov bu yolla arıqlayıb

Şou

09 Aprel 2025 09:06 289


Əməkdar artist Ədalət Şükürov arıqlamasının sirrini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi idmanla məşğul olduğunu və gündə 5 dəfə qidalandığını bildirib:

"Gündə mütləq 5 dəfə yemək lazımdır, yəməsəniz, arıqlamayacaqsınız. Əks halda insan müxtəlif xəstəliklərə yoluxa bilər. Hər gün 5 dəfə qidalanıram. Çox kiçik ölçüdə çörək də yeyirəm. Ümumiyyətlə hər şey yemək olar, amma onun miqdarı var. Şirniyat, kompot, təbii şirə və meyvə istifadə etmirəm. Məsələn, almanın kiçik bir hissəsini yemək olar. Mütləq göyərti və tərəvəzdən istifadə etmək lazımdır. Ən böyük təhrikçi isə çaydır. Çünki çayın yanında mütləq nəsə olmalıdır. Meyvə qurusundan adam arıqlamır, amma sağlam qidadır. İndi bir çox qidalar da sünidir. Adam özü bilmir nə yesin, nə etsin. Amma bacardığımız qədər sağlam qidalara üstünlük verməliyik". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!