Eddi İsrafilov millidən kənarlaşdırıldı

Eddi İsrafilov millidən kənarlaşdırıldı

İdman Veb saytların hazırlanması

30 May 2019 14:57 1343


Azərbaycan millisinin heyətində dəyişiklik olub. AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə qarşılaşacaq yığmamızda Eddi İsrafilov heyətdən çıxarılıb. Buna səbəb yarımmüdafiəçinin klubu "Alkorkon"un son oyununda zədələnməsi olub.

Azərbaycan millisinin heyətində dəyişiklik olub. "Yeni Sabah" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə qarşılaşacaq yığmamızda Eddi İsrafilov heyətdən çıxarılıb.

Buna səbəb yarımmüdafiəçinin klubu "Alkorkon"un son oyununda zədələnməsi olub. Həkim müayinəsinin nəticəsinə əsasən, 27 yaşlı orta sahə oyunçusu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu üzdən İsrafilov toplanışda iştirak etməyəcək. Baş məşqçi Nikola Yurçeviç komandaya əlavə futbolçu dəvət etməyəcək və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.

Qeyd edək ki, yığmamız iyunun 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!