Eduard Məmmədov vəzifəyə təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Eduard Məmmədov vəzifəyə təyin edildi

İdman

27 Fevral 2025 19:56 741


Eduard Məmmədov Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti təyin olunub.

Bu barədə "Report"a dəfələrlə dünya və Avropa çempionu olan idmançının özü məlumat verib.

O, Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyinin etimadını doğruldacağını və kikboksinqin inkişafı üçün bundan sonra da əlindən gələni edəcəyini bildirib: Dördpendirli pizza

"Belə bir vəzifəyə təyin olunmaq xoşdur. Azərbaycan idmanına xidmətlərimi davam etdirəcəyəm. Çalışacağam ki, Azərbaycan kikboksinqi hər zaman irəli getsin. İdmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğur qazanmaları üçün çalışacağıq".

AKF-nin fəxri prezidenti Adil Əliyevin rəhbərliyi altında baş tutan tədbirdə Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov isə digər vitse-prezident təyin edilib. Həmçinin Orxan Əliyev federasiyada prezident vəzifəsini davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!