Bu gün Əməkdar artist Yusif Mustafayev "Şou ATV" verilişinin qonağı olduğu zaman canlı mahnı oxuyacağını qeyd edib. Onun ifaya başlamazdan qabaq səs operatoruna "Xodu ver, Köpəyoğlu" deməsi geniş müzakirə mövzusu olub.
Məsələ ilə bağlı "Yeni Sabah"a danışan müğənni bildirib ki, ansanblının səs operatoru onun doğma qardaşı oğludur.
"Mən həmişə ona elə xitab edirəm, əzizləmək məqsədi ilə. Doğma qardaşımın oğludur Mustafa. Sadəcə mikrafonların açıq olduğunu unutdum. Texniki qüsur idi. Bu da musiqiçilərimlə mənim aramda olan səmimiyyətdən irəli gəlir. Mən bu sözü evdə balalarıma da deyirəm". pizza mizza
Əcəmi Əsədulla
Telegram kanalımız