Əfqanıstanda şahmat qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

Əfqanıstanda şahmat qadağan olundu

İdman

10 May 2025 19:46 451


Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyəti rəsmi olaraq şahmatı qadağan edib.

Yenisabah.az xəbər verir ki, bu oyunun İslam normalarına zidd olduğu bəyan edilib. 

Rəsmi Kabilin fikrincə, şahmat qumar oyunudur və əfqanların dini inancı ilə uyğun gəlmir. Toyuqlu pizza

Yerlı şahmatçıların turnirlərin keçirilməsinə icazə verilməsi və federasiyaya dəstək göstərilməsi xahişi ilə İdman Departamentinə müraciəti mənfi cavablandırılıb. Onlara bildirilib ki, əmirin Şahmat Federasiyasını hüquqi statusdan məhrum edən və şahmatı haram sayan fərmanı mövcuddur.

Əfqanıstanda 11 titul sahibi olan şahmatçı var, onlardan beşi FIDE ustası, altısı isə idman ustalığına namizəddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!