Əhali 3 ayda 14 milyon pulu geri çəkdi: ASB-də nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Əhali 3 ayda 14 milyon pulu geri çəkdi: ASB-də nə baş verir?

İqtisadiyyat

15 Oktyabr 2024 12:16 1825


“Azərbaycan Sənaye Bankı”nın (ASB) depozit portfeli 2024-cü ilin III rübündə 14 milyon manatdan çox azalıb.

“Yeni Sabah”ın hesablamasına görə, bu ilin ilk doqquz ayında ASB-nin depozit portfeli ilin əvvəli ilə müqayisədə 3,1 % və ya 14,2 milyon manat azalıb və ilin əvvəlindəki 458,6 milyon manatdan 444,4 milyon manata enib. 

Ən böyük azalma fiziki şəxslərin bankdakı əmanətlərində müşahidə edilib. Belə ki, bu il əhali bankdan 10 milyon manata yaxın vəsaiti geri çəkib.  Dördpendirli pizza

Belə ki, əhalinin bankdakı müddətli əmanətləri 4,89 milyon manat azalaraq 293,4 milyon manatdan 288,5 milyon manata enib. Fiziki şəxslərin tələbli depozitlərinin həcmi isə ilin əvvəlindəki 16,76 milyon manatdan 11,77 milyon manata kimi azalıb. Başqa sözlə, bu dövrdə əhali 4,99 milyon manat tələbi depozitini geri çəkib.

Şirkətlər isə bankdan 6,16 milyon manat tələbli depozitini geri çəkib. Nəticədə sözügedən portfel 114,7 milyon manatdan 108,5 milyon manata enib. 

Ümumilikdə isə bankın öhdəlikləri 9,1 milyon manat azalaraq 625,8 milyon manata bərabər olub. Bundan əlavə, cəmi aktivləri cari ilin oktyabr ayının 1-nə 745,04 milyon manat olub ki, bu ilin əvvəlinə nisbətən 0,6 % və ya 4,2 milyon manat azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!