Əhali banklara daha çox pul qoyub, az qazanırlar - Əmanət faizləri enir

saytların hazırlanması

Evə çatdırılma

Əhali banklara daha çox pul qoyub, az qazanırlar - Əmanət faizləri enir

İqtisadiyyat

31 Yanvar 2025 10:45 411


Ötən ilin dekabr ayının sonuna olan məlumata görə, banklara 14 milyard 661 milyon 949 min manat əmanət yerləşdirilib.

Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, son on ildə əhalinin banklara yerləşdirdi əmanətlərin həcmi 5 milyard 188 milyon 14 min manat və ya 54,7% artıb. Belə ki, 2015-ci ildə əhalinin banklardakı əmanətlərinin həcmi 9 milyard 473 milyon 935 min manat olub.

Bəhs olunan dövrdə banklarda yerləşdirilən əmanətlərin orta faiz dərəcəsi 4.37% olub ki, bu da, son on ilin göstəriciləri ilə müqayisədə 3,03% azdır. Belə ki, 2015-ci ilin sonunda əhalinin banklardakı əmanətlərinin orta faiz dərəcəsi 7,4% təşkil edib. Pepperoni pizza

Hesablamalardan məlum olur ki, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi artsa da, orta faiz dərəcəsi azalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!