Əhalinin sayı açıqlandı -   708 əkiz, 27 üçəm...

saytların hazırlanması

Evə çatdırılma

Əhalinin sayı açıqlandı - 708 əkiz, 27 üçəm...

Sosial

18 May 2019 07:59 867


Car ilin əvvəlindən ölkə əhalisinin sayı 17653 nəfər artaraq 2019-cu il aprel ayının 1-i vəziyyətinə 9999110 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Dövlət Statistika Komitəsindən "Yeni Sabah"a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib. 

Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!