Əhməd Oruc vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Əhməd Oruc vəfat etdi

Siyasət

22 Noyabr 2025 16:50 2573


Fəaliyyəti dayandırılan Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc 66 yaşında vəfat edib.

Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

Siyasətçi bir müddət əvvəl insult keçirmişdi və xəstəxanaya yerləşdirilmişdi. Marqarita pizza

Mərhum Abşeron rayonunun Məmmədli kənd qəbiristanlığında oğlunun qəbri yanında dəfn olunacaq.

Qeyd edək ki, Əhməd Oruc 1959-cu ildə Qazax rayonunda anadan olub.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirib.

1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatında fəal iştirak edib.

1992-ci ildə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, daha sonra Prezident Aparatında (Prezident Administrasiyası) sektor müdiri işləyib.

Sonrakı illərdə Azadlıq Partiyasını yaradıb və ona rəhbərlik edib. 

Siyasi təşkilat 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

Partiya 2024-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb və fəaliyyətini dayandırıb.

Xatırladaq ki, Ə.Orucun oğlu Günxan Oruc 2025-ci ilin iyun ayında vaxtsız dünyasını dəyişib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!