“Ehtiraslı səhnələr var, amma...” – Video

saytların hazırlanması

Evə çatdırılma

“Ehtiraslı səhnələr var, amma...” – Video

Şou

03 Dekabr 2019 04:50 5074


Bir müddət öncə hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulovanın çəkildiyi “Sevgi romanı” filminin tanıtım çarxı ilə yanaşı, qalmaqallı posteri sosial mediaya yayılaraq müzakirə predmetinə çevrildi.

“Poster”də əks olunan Oksana ilə tərəf müqabili aktyor Şəhriyar Əbilov tənqid atəşinə tutulub.

“Yeni Sabah” xəbər verir ki, Qalmaqallı məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Oskana Rəsulovanın münasibətini öyrənməyə çalışıb. Tədbirlərin birinə dəvət alan aktrisa ehtiraslı paylaşımla bağlı məsələyə aydınlıq gətirib: Marqarita pizza

“Paylaşılan foto filmin posteri deyil. Həmin kadr mənim tərəf müqabilim aktyor Şəhriyar Əbilovla oynadığımız tanqo rəqsindəndir. Rəqsimizin sonunda onunla üz-üzə dayanıb belə bir ehtiraslı poza vermişik. Yazdılar ki, mən Şəhriyarla öpüşmüşəm. Həmin fotoya diqqətlə baxsalar, orada öpüşün olmadığını görərlər. O rəqs necə olacaq və o rəqsdən sonra nələr olacaq? – bunu filmimiz çıxanda biləcəksiniz. Açıq-saçıq səhnə yoxdur, amma ehtiraslı səhnələr var. Açıq-saçıq səhnələrdən mən ümumiyyətlə uzağam. Sevgiyə aid hansı səhnə istəyirsinizsə, bu filmdə yer alıb”.

Oksana tezliklə premyerası olacaq filminə izləyicilər tərəfindən gələcək irad və tənqidlərə hazır olduğunu bildirib:

“Hər hansı film çıxdıqda, açıq-saçıq səhnə tamaşaçılar tərəfindən tənqid olunur. Bu normaldır və olmalıdır”. 

“Mələyin öpüşü”nü hind filmlərinin “remake”i (red:təkrar) adlandırdılar. “Sevgi romanı”nı da bu aqibət gözləyir?” sualına cazibədar aktrisa bu cür reaksiya verdi:

“Hər zaman insanlar nəyisə nəyəsə bənzədirlər. Amma “Sevgi romanı” filmi türksayağı romantik bir melodramdır. Film həvəskarları ekran əsərini izlədikdə həyatda tez-tez rast gəldikləri sevgi, xəyanət, satqınlıq kimi məqamların şahidi olacaqlar. Dekabrın 12-dən etibarən tamaşaçıların intizarına son qoyulacaq. Çünki bu tarixdə “Sevgi romanı”nın premyerası keçiriləcək”.

Filmin büdcəsinə gəldikdə isə Oksana qəti fikir söyləmədi:

“Hesab edirəm ki, çəkdiyimiz film bizə həm uğur gətirəcək, həm də pul qazandıracaq. Sadəcə onu deyə bilərəm ki, filmə 100 mindən çox  pul xərcləmişəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!