Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Yeni Xocavənd qəsəbəsi ərazisindəki əkin sahəsindən 1 ədəd “ST. Etienne” markalı tüfəng, 3 ədəd “İJ” markalı tüfəng, 2 ədəd alışqansız “F-1” markalı əl qumbarası, 30-dan çox müxtəlif patronlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. pizza mizza
Telegram kanalımız