Londonda ekoaktivistlər BP-nin Seynt Ceyms Meydanındakı baş ofisinin girişini bağlayıblar. Onlar BP-nin qlobal miqyasda təmiz enerjiyə keçidi əngəllədiyini irəli sürüblər.
Yüzlərlə aktivist 500 günəş panelini ofisin qarşısında quraşdırmağa çalışıb. Polisin səyləri nəticəsində panellərin quraşdırılmasının qarşısı alınıb.
Etirazçılar yollarda nəqliyyatın hərəkətinə də maneə törədiblər. Nəticədə 12 aktivist həbs edilib. Dominos pizza
Telegram kanalımız