Ekspert deputatın təklifi ilə razılaşmadı - “Bu, çıxış yolu deyil“

saytların hazırlanması

Evə çatdırılma

Ekspert deputatın təklifi ilə razılaşmadı - “Bu, çıxış yolu deyil“

Sosial

02 May 2019 13:20 818


“Bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verirlər. Çünki bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında deputat Aydın Mirzəzadənin yeni təklifinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib: 

“Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşür və skoliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır. Bu gün təkcə dərs oxumaq yox, həm də o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib. İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün deyil, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib. Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirsiz, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır”.  pizza mizza

Ekspert beynəlxalq təcrübədən də danışıb:

“Sizə beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri deyim. Çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir. Bu hesabla 8 yaşınadək uşaqlar 2 kiloqram (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kiloqram ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Mən bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbətdə ki, bu 1-ci sinif şagirdi üçün çoxdur. Çıxış yolu kimi, onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir”.

K.Əsədov Amerikada bu prosesin necə həyata keçirildiyindən söz açıb. Onun sözlərinə görə,  orada uşaqlar çantalarında evə hər gün ağır kitabları aparmaq məcburiyyətində də deyillər:

“Müəllim onların edəcəyi tapşırığın surətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var. Həftənin 5-ci günü isə şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur. Amma çıxış yolu rüblüklər üzrə dərsliklərin hazırlanması ola bilməz. Ona görə ki, indi əvvəlki kimi 4 rüb yoxdur, 2 rüb var, bundan başqa mövzular arası əlaqə pozulur. Çünki hər 4 həftədən bir keçirilən KSQ və rübün sonunda keçirilən BSQ imtahanlarında şagirdlər əvvəlki mövzuları da təkrarlamalı olurlar. Əgər həmin vəsaitlər onların yanında olmasa, bu zaman onlar əvvəlki dərsləri təkrar edə bilməyəcək. Amma şagirdlərə verilən dərsliklər iki nüsxə olsa, birini evdə, digərini məktəbdə saxlasalar, o zaman onlar ağır kitabları daşımazlar”.

Qeyd edək ki, bu gün deputat Aydın Mirzəzadə "Məktəblinin dostları" layihəsinin hesabat çıxışında məktəbli çantalarının ağırlığı probleminin həlli ilə bağlı təklif irəli sürüb. O bildirib ki, hər rüb üzrə mövzuları əhatə edən dərsliklər hazırlansın.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!