Ekspert DİM-in qərarları ilə razılaşmadı - “Bu, qanunvericilik aktlarına ziddir”

saytların hazırlanması

Evə çatdırılma

Ekspert DİM-in qərarları ilə razılaşmadı - “Bu, qanunvericilik aktlarına ziddir”

Sosial

27 May 2019 12:08 2099


Ekspert Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin kollec məzunlarının müsabiqədən kənar ali məktəblərə qəbulu ilə bağlı izahatına şərh verib.

“1.DİM qeyd edir ki, 2010-cu ildən etibarən 9 və 11 illik təhsil bazasında kolleclərə qəbul olan və müvafiq illərdə təhsilini başa vuran subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ var. 

Düşünürəm ki, bu, düzgün yanaşma deyil. Çünki Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli qərarında eyni zamanda “Təhsil haqqında” qanunun 26-cı maddəsində hansı ilə şamil olunması ilə bağlı qeyd yoxdur.  Dominos pizza

Nəzərə alsaq ki, DİM (TQDK-a) 2005-ci ildən etibarən kolleclərə qəbulu həyata keçirib və bu ildən etibarən qəbul olanlar barədə onlarda məlumat var. Yəni ilkin mərhələdə ən azından DİM (TQDK) vasitəsi ilə kolleclərə qəbul olanlara şamil edilməlidir. 

İkincisi 2009-cu ilə qədər qüvvədə olan “Təhsil haqqında” qanuna görə (maddə 18) orta ixtisas məktəblərini bitirənlərə “kiçik mütəxəssis” dərəcəsi verilir. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanuna görə (maddə 21.2.) orta ixtisas təhsili kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır.

Yəni 2009-cu ilə qədər kiçik mütəxəssis 2009-cu ildən sonra subbakalavra çevrilir. Deməli bunlar eyni hüquqi qüvvəyə malikdir. 

Ona görə də hansısa bir ilin əsas götürülməsi qanunvericilik aktlarına ziddir.

2.DİM qeyd edir ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni zamanda ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. 

Bu da qanunvericilik aktlarına və DİM-in 2019-cu ildə keçirilməsi nəzərdə tutulan imtahanların və tədbirlərin tarixlərinə ziddir. Belə ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli qərarının 3.5-ci bəndinin sonunda qeyd olunur ki, qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra subbakalavrlar ixtisas seçimi edir. DİM isə bunu 24 iyul - 6 avqust arasında I,II,III və IV ixtisas qruplarının ixtisas seçimi ilə eyni vaxtda etmək istəyir və yƏni bir yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunmasına üstünlük verilməsi ilə həyata keçirməyi planlaşdırır. 

Amma onlar Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarının (maddə 5.9) müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır prinsipinə və özlərinin 2019-cu il fəaliyyət təqvimində qeyd olunan 15 - 19 avqust arasında keçiriləcək boş qalan yerlərə ixtisas seçimi hissəsinə zidd addım atırlar. Çünki Nazirlər Kabinetinin müvafiq qərarında deyildiyi kimi, qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra subbakalavrlar ixtisas seçimi edirlər prinsipi pozulur. Çünki I mərhəldə düzgün ixtisas seçimi edə bilməyən abituriyentlər II mərhələdə boş qalan plan yerlərinə ixtisas seçmək hüququna malikdirlər. Amma subbakalavrlar elə 1-ci turdaca bütün plan yerlərini doldurub, qəbul imtahanı verən abituriyentlərin II turda seçim etməsinə imkan verməyəcəklər. 

Bunları nəzərə alıb düşünürəm ki, subbalakavrlar hər iki tur başa çatdıqdan sonra boş qalan plan yerlərinə ixtisas seçimi edə bilərlər və bu da universitetlərin plan yerlərini 100 faiz doldura bilməsinə imkan verəcək.

Təklif edirəm ki, ümumi orta təhsil səviyyəsini 2005-cü ildə və sonrakı illərdə bitirən abituriyentlər ümumi orta təhsil bazasında ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək üçün internet vasitəsilə DİM-in rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni doldursun və elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq etməlidirlər. 

Ümumi orta təhsil səviyyəsini 2005-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər internet vasitəsilə DİM-in rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni doldurduqdan sonra müvafiq sənədləri DİM tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Bu eyni zmanda dövlət nümunəli olmayan – saxta diplom problemini də həll edə bilər.

İxtisas seçimi də cari ilin abituriyentlərinin ixtisas seçimi başa çatdıqdan sonra həyata keçirilsin. İxtisas seçiminə imtahan nəticələri DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan subbakalavr və ona bərabər tutulanlar (Kiçik mütəxəssis dərəcəsi olan) buraxılsınlar. 

Subbakalavrlar və onlara bərabər tutulanlar (kiçik mütəxəsis) ali təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 20-dək ixtisası seçsinlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!